Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu

12:23 30-07-2020 5

Ukraynada iki dəfə koronavirus diaqnozu qoyulan Ternopol sakini üçüncü dəfə virusa yoluxub.

Bu barədə TASS Ternopol regional səhiyyə şöbəsinin müdiri Vladimir Boqayçukun açıqlamasına istinadla xəbər yayıb.

O bildirib ki, hətta koronavirus xəstəliyini keçirmək belə təkrar infeksiyaya yoluxmaqdan qorumur.

Boqayçukun sözlərinə görə, bölgədə COVID-19-la bağlı vəziyyət pisləşib.

Həkim bu statistikanı karantin tədbirlərinə əməl olunmaması ilə əlaqələndirib.

Ukraynada pandemiya dövründə 68 794 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 37 394 nəfər sağalıb, 1673 xəstə ölüb.