Azərbaycanda illik inflyasiya faizi açıqlandı - RƏSMİ

12:20 30-07-2020 8

“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalından aşağıda qalıb”.

milletinsesi.info-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib:

“İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0, 9 faiz bahalaşıb”.

E.Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir:

“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.

İlhamə Əbülfət