Bu gün Qırğızıstanda koronavirusa görə milli matəm günüdür

12:11 30-07-2020 5

Bu gün Qırğızıstan Respublikasında koronavirusda ölənlərin xatirəsini anmaq məqsədilə milli matəm günü elan olunub.

“İnterfaks” xəbər verir ki, matəm günü ilə əlaqədar ölkə ərazisində müxtəlif tədbirlər keçiriləcək.

Respublikada bütün rəsmi qurumların, eləcə də ölkənin xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binalarının üzərindəki dövlət bayraqları endirilib.

Qeyd edək ki, Qırğızıstanda 35 223 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib. 1 364 xəstə pandemiyanın qurbanı olub.