Relsdən çıxan qatar alovlara büründü, körpü dağıldı - VİDEO

11:42 30-07-2020 8

Körpüdən keçən yük qatarı relslərdən çıxıb və alovlara bürünüb.

3TV-nin məlumatına görə, kadrlar ABŞ-ın Arizona ştatının Tempe şəhərindəndir.

Məlumata görə, körpünün bir hissəsi dağılıb.

Hadisə ilə əlaqədar ağır xəsarət alan yoxdur, sadəcə, bir nəfər tüstüdən zəhərləndiyi üçün tibbi yardım alıb.

Relsdən çıxan vaqonların ikisində tez alışan sikloheksanon maddəsi, digərində rezin materiallar olub.

Yanğın nəticəsində suya heç bir zərərli maddə tökülməyib.