Roza Zərgərli kimlərlə düşmən olduğunu açıqladı - VİDEO

17:06 01-08-2020 15

“İndi danışacam, sabah hər yerdə yayılacaq. Şəmkirliyəm, hamı da bilir ki, maddi baxımdan ən yaxşı toylar orada olur. Həmin yerdə yeganə üzdə olan, xeyirsevər müğənniyəm. Amma bir dəfə orada toyda olmamışam”.

Axşam.az xəbər verir ki, bunu müğənni Roza Zərgərli “Ən yaxşısı” verilişində deyib.

Sənətçi aparıcı Mətanət Əliverdiyavanın “Deyirlər, toyda monopoliya yaradılıb. Filan bögədəki toy vəziyyətinə filankəs, Moskvaya başqası baxır” sualına belə cavab verib:

“Bilirsiniz ki, gücüm yetəri qədər var. Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları alardım əlimə. Bu, o şeyi etmək arzusu olanların söhbətidir.

Elə müğənnilər var ki, onlarla düşmənəm. Münasibətimiz kəsilib, olmayacaq, ömürboyu da olan deyil. Küsdüyüm müğənni ilə ayaqyeri qoymuramsa, barışmayacam. Həmin müğənnilərlə efir qarşısında dalaşmıram. Real həyatda sözümü deyirəm”.